UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Gecənin ilk görüşündə Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.
İsrailin "Makkabi" (Hayfa) klubu evdə Serbiya "Srvena Zvezda"sını 3:2, Portuqaliya "Benfika"sı isə Ukraynada Kiyev "Dinamo"sunu 2:0 hesabı ilə məğlub edib.
---------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşəcək
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
17 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) - 0:0
23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya) - 3:2
Qollar: Frantsdi Pyero, 18; 51. Tyeronn Şeri,61 - Aleksandr Peşiç, 27. Gelor Kanqa, 39
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Cilberto Moraes, 9. Qonsalu Ramuş, 37.
Qeyd edək ki, bu komandalar arasında cavab matçları avqustun 23-də keçiriləcək.