Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi ikinci yoldaşlıq oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik olub.
Sportnet.az xəbər verir ki, qarşılaşma İslam Məmmədova tapşırılıb.
Ona laynsmanlar qismində Cahangir Yusifzadə və Sənan Atayev köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural İbrahimov yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 30-da "Dalğa Arena"da oynanılacaq matç saat 19:00-da başlayacaq.