"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də VII turun görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Antuan Kombuarenin baş məşqçi olduğu kollektiv "Loryan"ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 13-cü dəqiqədə qonaq komandadan İqnatius Qanaqo açıb. 19-cu dəqiqədə Uattara Danqo bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Yoann Katlin "Loryan"ın ikinci, 74-cü dəqiqədə İbrahima Kone üçüncü qolunu vurub. 85-ci dəqiqədə Mozes Simon fərqi azaltsa da, "Nant"ın bundan artığına gücü çatmayıb.
Bu nəticədən sonra xalını 16-ya çatdıran "Loryan" 4-cü pillədə qərarlaşıb. "Nant" isə 6 xalla 15-cidir.
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.