
"AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis son vaxtlar haqqında yazılanları fərziyyə adlandırıb: "Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95%-i yalandır".
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011 - 2017-ci illərdə Albaniya seçməsinin sükanı arxasında olub.