Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupun 2-ci turunda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 2-ci dəqiqədə Rafael Vilela, 5 və 16-cı dəqiqələrdə, Xətayi Bağırov, 18 və 25-ci dəqiqələrdə Qallo, 37-ci dəqiqədə Tyaqo Bolinya və 40-cı dəqiqədə Conatas Felipe vurublar.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran milli komanda vahid lider olub. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.
Qeyd edək ki, Azərbaycan ötən tur evdə Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.
--------------------------------------------
Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupda Yunanıstanın qonağı olacaq.
Afinadakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü Ademir Avdiçin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.
Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.
Dünya çempionatı, seçmə mərhələ
11 oktyabr
19:00. Yunanıstan - Azərbaycan - 0:7
Qollar: Rafael Vilela, 2. Xətayi Bağırov, 5; 16. Qallo, 18; 25. Tyaqo Bolinya, 37. Conatas Felipe, 40
Baş hakim: Ademir Avdiç (İsveç)
Afina.