UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” hazırlıq çərçivəsində Qazaxıstan çempionu “Kayrat”la qarşılaşacaq.
Azərbaycan Futzal Federasiyasından Sportnet.az-a verilən məlumata görə, oyunların keçiriləcəyi məkan və zaman bəlli olub.
Qarşılaşmalar oktyabrın 21-də və 22-də Bakıda baş tutacaq.
Hər iki oyun saat 20:00-da başlayacaq və FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq mərkəzində keçiriləcək.