AFFA-nın təşkilatçılığı, "UEFA Grow" və Futbolun İnkişaf Fondunun dəstəyilə “Fairmont” hoteldə klub dəstək proqramı çərçivəsində kommersiya və korporativ sosial media məsuliyyəti mövzusunda seminar keçirilib.
Sportnet.az xəbər verir ki, seminarda Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların, həmçinin I Divizionda çıxış edən “Araz-Naxçıvan”, “İmişli” və “Zaqatala”nın, Peşəkar Futbol Liqasının nümayəndələri, eləcə də "UEFA Grow" biznesin inkişafı üzrə meneceri Oleksandr Kuçeravyi, Moldova “Şerif”ininnümayəndəsi Stanislav Çiorpets, SPORTMATTERS agentliyinin nümayəndələri Tomas Liston və Duqlas Takrey və AFFA-nın əməkdaşları iştirak edib.
İştirakçılara futbol klubunun kommersiya strategiyasının hazırlanması, idarə edilməsi və korporativ sosial məsuliyyət istiqamətində müxtəlif imkanlar haqqında seminar keçirilib.
Tədbirin sonunda hər iki mövzu üzrə klublar arasında qrant müsabiqəsi elan edilib.