Bu gün "Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqşi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da strat götürəcək.
Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.
Çempionlar Liqası
Əsas mərhələ, III tur
29 oktyabr
22:00. "Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)
"Mithad Hujdur Hujka Arena".