
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sumqayıt" evdə "Səbail"i qəbul edib. "Kapital Bank Arena" stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Gənclik şəhəri" təmsilçisindən qolları 9-cu dəqiqədə Stiven Pereyra, 54-cü dəqiqədə isə Vüsal İsgəndərli vurublar.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran "Sumqayıt" son pillədən xilas olaraq, 8-ci sıraya yüksəlib. Əvəzində isə 10 xalı olan "Səbail" 10-cu yerə enib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
--------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Sabah"ı qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Görüşdə hesabı qonaqlar açıblar. 34-cü dəqiqədə Coy Lens Mikels başla dəqiq oynayıb. Bir dəqiqə sonra "Kəpəz"in heyətində Abdullahi Şuaybu tarazlığı bərpa edib. 20 yaşlı nigeriyalı yarımmüdafiəçi 73-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 88-ci dəqiqədə Aleksey Kaşuk "Sabah"ın ikinci qolunun müəllifi olub.
90+1-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ceyhun Nuriyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran Gəncə təmsilçisi 8-ci pilləyə yüksəlib. 40 xalla ikinci sırada olan paytaxt klubu lider "Qarabağ"dan 7 xal geri qalır.
Qeyd edək ki, günün digər oyunun "Sumqayıt" "Səbail"i qəbul edəcək. XVII turun əvvəlki matçlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
-----------------------------
Bu gün Misli Premyer Liqasında XVII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, matçlardan biri Gəncədə, digəri isə Sumqayıtda olacaq.
Günün ilk görüşündə "Sabah" səfərdə "Kəpəz"lə üz-üzə gələcək. Hazırda paytaxt klubu 39 xalla 2-ci, qərb təmsilçisi isə 10 xalla 9-cudur.
Komandalar indiyədək ölkə çempionatında yalnız 1 dəfə qarşılaşıblar. Mövsümün ilk dövrəsinə təsadüf edən qarşılaşmada "Sabah" 5:0 hesablı qələbə qazanıb.
Günün son oyununda isə 9 xalla axırıncı pillədə qərarlaşan "Sumqayıt" 10 xalla 8-ci olan "Səbail"i qəbul edəcək.
Bu, iki kollektivin Premyer Liqada yubiley - 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 9-da "gənclik şəhəri" təmsilçisi, 7-də isə "dənizçilər" sevinib. 3 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Samir Abasovun baş məşqçi olduğu komanda üstündür - 23:15.
Son 5 oyunda meydan sahibi olan komanda uduzmayıb. “Sumqayıt” son 4 ev qarşılaşmasında xal itirməyib.
Misli Premyer Liqası, XVII tur
14 dekabr (çərşənbə)
14:00. “Kəpəz” – “Sabah” - 2:2
Qol: Abdullahi Şuaybu, 35. 73 - Coy Lens Mikels, 34. Aleksey Kaşuk, 88
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Gəncə şəhər stadionu.
19:00. “Sumqayıt” – “Səbail” - 2:0
Qollar: Stiven Pereyra, 9. Vüsal İsgəndərli, 54
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.
Qeyd edək ki, XVII turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.