Azərbaycanlı baş məşqçi Novruz Əzimov Moldovanın "Dinamo-Avto" komandasından ayrılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əzimov bu ilin sentyabrında Tiraspol təmsilçisinin sükanı arxasına keçmişdi. Kollektiv onun rəhbərliyi altında 8 oyuna cəmi 4 xal qazanıb.