"Zirə"nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, yanvarın 2-də Antalyada bir araya gələcək "qartallar" "İC Green Palace” otelində məskunlaşacaq.
Paytaxt təmsilçisi toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də Macarıstanım “Seged” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.