“Səbail”, “Sabah” və “Keşlə” (indiki “Şamaxı”) klublarının sabiq futbolçusu Yevgeni Koçuk Ermənistanın “Pünik” komandası ilə müqaviləsini uzadıb.
Sportnet.az “molfootball.com” saytına istinadən xəbər verir ki, moldovalı yarımmüdafiəçi 1 illik yeni sözləşməyə imza atıb.
29 yaşlı oyunçunun hazırkı müqaviləsinin müddətini bu ilin dekabrında başa çatmalı idi.
Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə “Səbail”in, 2020-ci ildə “Sabah”ın, 2021-ci ildə isə “Keşlə”nin formasını geyinib.