
Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olub. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər üç qol 2-ci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə Ramil Şeydayev açıb. 82-ci dəqiqədə Musa Qurbanlı fərqi artırıb. 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir isə görüşdə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan "Səbail" isə qış fasiləsinə sonuncu - 10-cu sırada yollanıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.
-----------------------------------
Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkib. Qəbələ şəhər stadionunda oynanılan ilin son matçında hesab açılmayıb.
Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "qırmızı-qaralar" 5-ci pillədəki mövqeyini qoruyub. Tovuz təmsilçisi isə 17 xalla 6-cı sırada qərarlaşıb.
Günün son oyununda "Qarabağ" "ASCO Arena"da "Səbail"lə qarşılaşacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" isə səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.
------------------------------------
Bu gün Misli Premyer Liqasında XVIII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk görüşündə "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkəcək. Hazırda "qırmızı-qaralar" 24 xalla 5-ci, Tovuz təmsilçisi isə 16 xalla 6-cı pillədə qərarlaşıb.
"Qəbələ" indiyədək ölkə çempionatında "Turan Tovuz"la cəmi dəfə üz-üzə gəlib. Həmin qarşılaşma Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə 47 xalla lider olan "Qarabağ" 10 xalla sonuncu sırada yer alan "Səbail"in qonağı olacaq.
İki komanda bunadək Premyer Liqada 20 dəfə qarşılaşıb. Bunların 16-da Ağdam klubu, 2-də isə Bakı təmsilçisi sevinib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünülüy var - 41:8.
“Qarabağ” son 3 oyunda qələbə qazanıb. Son 5 matçda üç və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu.
17:30. “Səbail” – “Qarabağ” - 0:3
Qollar: Ramil Şeydayev, 61. Musa Qurbanlı, 82. Abdullah Zubir, 88
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" isə səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.