
Belarusun “Şaxtyor” (Sokiqarsk) klubunun yeni baş məşqçisi Aleksey Baqa “Sumqayıt”da çalışdığı dövrü xatırlayıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis "Belarus 5" kanalına müsahibəsində "gənclik şəhəri" təmsilçisindəki işini yüksək qiymətləndirdiyini söyləyib.
O, uğursuz dönəmlərdən qorxmadığını və bəhanə gətirməyəcəyini bildirib: "Səmimi olaraq nəyinsə səhv olduğunu söyləmək lazım idi”.
Qeyd edək ki, ötən ilin dekabrında "Sumqayıt"a baş məşqçi təyin olunan Aleksey Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib. Mütəxəssis bu ay Belarus klubunun baş məşqçisi təyin olunub.