Ukraynanın "Lvov" klubunun qapıçılar üzrə məşqçisi Vasili Xomutovski Belarusda həbs edilib.
Sportnet.az "Tribuna" nəşrinə istinadən xəbər verir ki, buna 44 yaşlı mütəxəssisin 2020-ci ildə müxalifətin aksiyalarında iştirakı səbəb olub.
O, iki il müddətinə azadlıqdan məhrum edilib. Xomutovski ictimai asayişin kobud şəkildə pozulmasının təşkilində və hazırlanmasında günahlandırılıb.
Qeyd edək ki, Vasili Xomutovski 2000-2008-ci illərdə Belarus yığmasının formasını geyinib.