
PSJ-nin hücumçusu Kilian Mbappe 2022-ci ili Avropa 5 ən böyük çempionatının (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) oyunçuları arasında bombardir kimi başa vurub.
Sportnet.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ötən il bütün klub yarışlarında 56 matçda 56 qol vurub.
Kilian 2022-ci ildə Fransa çempionatının və Fransa Superkubokunun qalibi olub. Fransa millisi isə Qətərdə keçirilən dünya çempionatında finala kimi yüksəlib. Həlledici matçda komanda Argentinaya uduzub.
Qeyd edək ki, Mbappe hazırda Liqa 1-də ən yaxşı bombardiridir.Bu mövsüm hücumçu 15 oyunda 13 qol vurub, 2 qolun ötürməsini verib.