
"Zirə"nin yeni transferi Vladislav Kulaçın Ukraynanın "Dinamo" (Kiyev) klubundan ayrılmasının səbəblərini bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı futbolçu bu barədə "Football TIME" nəşrinə açıqlama verib.
Ukraynalı hücumçu il yarım oynamadığı üçün Kiyev təmsilçisi ilə vidalaşdığını söyləyib: "Bu, çox çətindir. "Dinamo"dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi".
Kulaç zədələrlə də üzləşdiyini etiraf edib: "Gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm".
Qeyd edək ki, Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub. Transfer qiyməti 700 000 avroya bərabər göstərilən hücumçu “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.