Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unun heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Superliqada XXVI turun "Qaalatssaray"a qarşı ev matçında start heyətində yer alıb. O, 15-ci dəqiqədə sarı vərəqə alıb və 79-cu dəqiqədə əvəzlənib. Görüş "Konyaspor"un :əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, bu nəticədən sonra "Konyaspor" 34 xalla 8-ci, "Qalatasaray" 60 xalla liderdir.