
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Bosniya və Herseqovina Monteneqro üzərində 4:2 hesablı qələbəyə sevinib.
22 mart.
U-17, qadınlar arasında Avropa çempionatı
Seçmə mərhələ, 1-ci tur
B qrupu
17:00. Azərbaycan - Qazaxıstan - 2:0
Qollar: Ayşən Salamzadə, 17-pen; Aydan Həsənova, 80
Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)
Bosniya və Herseqovina - Monteneqro - 4:2
Qollar: Muhiç, 9, Hadzikaduniç, 17, Radoşeviç, 45, Pupiç, 51 - Tomaşeviç, 41, 45+3
Xal durumu: Bosniya və Herseqovina, 3, Azərbaycan, 3, Monteneqro, 0, Qazaxıstan, 0.
-----------------------------
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.
Oyun Belçikadan olan hakim Viki De Kremerə tapşırılıb. Ona Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina) və Almasa Hodzic (Bosniya və Herseqovina) kömək edəcəklər.