"İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə inamı itirdik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçından sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis son dəqiqələrədək çətinlik yaşadıqlarını və çox əziyyət çəkdiklərini etiraf edib.
İtaliyalı baş məşqçinin fikrincə, komandada debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə lazımlı oyunçular ola bilərlər.
De Byazi əsas heyətdə Bəxtiyar Həsənalızadəyə şans verməsinin səbəbini isə belə izah edib: Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik".