Estoniya yığmasının iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxacaq.
Sportnet.az xəbər verir ki, baş məşqçi Tomas Heberli müdafiəçiləri yekun “23-lük”dən kənarda saxlayıb.
Bunlar mərkəz müdafiəçisi Conas Tamm və sağ cinah oyunçusu Edqar Turdur. Adıçəkilən futbolçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləyəcəklər.
Qeyd edək ki, bu gün keçiriləcək oyun saat 20:00-da start götürəcək.