
"Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. İkinci hissədə hücumlarımız oldu. Heyf ki, 2-ci qolu vura bilmədik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Estoniya yığması ilə oyundan sonra “CBC Sport”a açıqlamasında deyib.
"Əlbəttə yaxşı hal deyil. Uda bilmədik. Hələ ki, oyunlarımız var. Çalışacayıq ki, daha yaxşı oynayaq daha çox xal qazanaq", - deyə o əlavə edib.