Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub. Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb. Həlledici matçda “Altınordu” ilə qarşılaşan komanda bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.
Yiğit Demirel Beynəlxalq Futbol Turniri
Yarımfinal
"Sabah" - "Samsunspor" - 3:2
Qollar: Abbas Məmmədli (2), Həsən Ramazanov.
Final
"Altınordu" - "Sabah" - 0:1
Qol: Abbas Məmmədli