
"Əvvəlki təlim-məşq toplanışında da iki oyunumuz var idi. Ancaq "Qarabağ"a qarşı matçın tembi daha yüksək idi. "Qarabağ" əla, bacarıqlı oyunçulardan ibarət beynəlxalq səviyyəli komandadır. Ən əsası odur ki, bu cür rəqiblərə qarşı çıxış etmək üçün yaxşı vəziyyətdə olmalısan. Gənclər üçün bu matç təcrübədir".
Sportnet.az xəbər verir ki, bu sözləri "Ferensvaroş"un (Macarıstan) futbolçusu Norbert Kajan "Qarabağ"la yoxlama oyunu (3:3) barədə klubun saytına müsahibəsində deyib.
"İlk təlim-məşq toplanışında oynanılan matçlar da daxil olmaqla, mənə görə, temp sürətlənməyə davam edirdi. Qərar verməkdə ən böyük çətinliyi hiss etdim. Burada konkret vəziyyətlərdə əsl qətiyyət lazımdır.Təbii ki, taktiki cəhətlər həmişə birinci yerdə olmalıdır. Matçın əvvəlində əsəbi idim, çünki bilirdim ki, “Qarabağ” həqiqətən də səviyyəli rəqibdir. Onların çox yaxşı oyunçuları var" - deyə o qeyd edib.