
“Lester Siti”nin futbolçusu Harvi Barnes “Nyukasl Yunayted”ə keçib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yeni klubuyla 5 illik müqavilə imzalayıb.
Barnes “tülkülər”in heyətində ümumilikdə 187 oyuna çıxıb. O, bu klubla 2021-ci ildə İngiltərə Kubokunu qazanıb.
Qeyd edək ki, Barnes keçən mövsüm 34 liqa oyununda 13 qol vurub.