“Qarabağ”dansa, “Rakuv” gəlsin”.
Sportnet.az xəbər verir ki, bunu Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəlmək istədiyi komanda ilə bağlı danışarkən deyib.
II raundda Belarus təmsilçisi BATE-ni hər iki oyunda (6:2, 5:3) məğlub edən limassollular növbəti mərhələdə “Qarabağ” – “Rakuv” (Polşa) cütünün qalibi ilə qarşılaşacaqlar. Belaruslu mütəxəssis bir müddət əvvəl “Rakuv”dan təklif aldığını da etiraf edib: “Ora keçməyə yaxın idim. Ancaq son anda “Aris”də qalmağı üstün tutdum. “Rakuv” da, “Qarabağ” da çətin komandadır. Bu, çox yaxşı cütlükdür”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” görüşü saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada gerçəkləşən ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.