Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi inter-news.it saytına müsahibə verib.
Sportnet.az xəbər verir ki, 67 yaşlı mütəxəssis yığmanın Avro-2024-ün seçmə mərhələsindəki çıxışından və gələcək oyunlardan danışıb: “Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə inanılmaz qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik. Qazaxıstanla səfər oyununda qalib gəlmək üçün inanılmaz statistikamız olsa da, sonda uduzduq. Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl 5 qələbə qazanmamışdı, bu ilki biz həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”.
Baş məşqçi ölkəsində işləmək fikrində olmadığını qeyd edib: “Xaricdə milli komandaya və ya hansısa kluba daha çox üstünlük verərəm”.
Qeyd edək ki, Canni de Byazi 2020-ci ildən Azərbaycan millisini çalışdırır.