
Misli Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Sportnet.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Lider "Zirə" səfərdə "Qəbələ" ilə qarşılaşıb. "Zirə" bunadək 4 oyunun hamısında qalib gəlsə də, bu matçda 0:1 hesabı ilə uduzub. "Qəbələ" isə ölkə çempionatından 4 matçdan sonra ilk qələbəsini qazanıb.
Günün son görüşündə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Bu komandalar arasında son 9 matçda "Sumqayıt" qələbə qazana bilməmişdi. Bu oyunda da "Neftçi" qalib gəlib - 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
2 sentyabr (şənbə)
20:30. “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Dieqo Valdez, 74 (0:1)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”
18:00. “Qəbələ” – “Zirə” - 1:0
Qol: Rauf Hüseynli, 20 (1:0)
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu