Ermənistanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Rafael Nazaryan istefaya göndərilib.
Sportnet.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası hələlik rəsmi açıqlama yaymayıb.
Gənclər arasında 2025-ci il Avropa çempionatının qrup turnirinin açılış mərhələsində Ermənistanın 21 yaşadək futbolçulardan ibarət komandası Abovyanda Albaniya millisinə 1:2 hesabı ilə uduzub.
Sentyabrın 12-də Ermənistan komandası Monteneqro komandasını qəbul edəcək.