Almaniya Futbol Federasiyası (AFF) milli komandanın baş məşqçisi Hans-Diter Fliki istefaya göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Onun köməkçiləri Markus Sorq və Danni Rohl da yola salınıb.
AFF-nin yaydığl açıqlamada deyilir: “Almaniya milli komandasının son məyusedici nəticələrdən sonra yeni bir stimula ehtiyacı var. Biz ölkəmizdə keçiriləcək Avropa çempionatına qədər nikbinlik və inam ruhunu bərpa etməliyik".
Qeyd edək ki, Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı.