Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda 6-cı turda səfərdə “Vlajniya” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda 2:0 hesablı qələbə qazanıb. Vüasl İsgəndərli oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 49-cu dəqiqədə Vüsal vurub. O, qolunu əsgər salamı ilə qeyd edib.
Digər qolun müəllifi isə 90-cı dəqiqədə Rafael Dvamena olub
“Eqnatiya” hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vüsal İsgəndərli 2-ci turda "Kukesi"ilə görüşdə də (4:0) qol vurmuşdu. Bu mövsüm Vüsalın aktivində 2 qol və 1 qol ötürməsi var.