Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsindən ayrılan "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX turunun oyununda sıradan çıxıb.
İsrafilov sözügedən qarşılaşmada zədələnib və daha sonra ağrılar hiss edib. O, klubun həkimi ilə məsləhətləşdikdən sonra yığmanın hazırlıq prosesində iştirak edə bilməyəcəyini söyləyib.
Futbolçu ikihəftəlik müalicədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra doğma meydanda Avstriyanı qəbul edəcək.