"Arsenal"ın futbolçusu Bukayo Saka oktyabrdakı matçlarda İngiltərə millisinə kömək etməyəcək.
Sportnet.az xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt “Arsenal”ın “Mançester Siti” ilə matçını buraxan Sakanı Avstraliya ilə cümə günü keçiriləcək yoldaşlıq görüşü və İtaliya ilə (17 oktyabr) Avropa çempionatının seçmə oyunu öncəsi milli komandanın düşərgəsinə çağırıb. Amma millinin tibbi heyəti onun öz klubuna qayıtmasına icazə verib.
Futbolçunun reabilitasiyasına öz klubunda davam etdirməsi qərara alınıb.