Xorvatiya millisi Avro-2024-ün seçmə mərhələsində Türkiyəyə qarşı matçdan əvvəl ciddi itkilərlə üzləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Türkiyə ilə oyundan öncə təşkil olunan mətbuat konfransında danışıb. O, Bruno Petkoviç və Andrey Kramariçin zədə səbəbindən oyunu buraxacağını bildirib:
"Bruno oynamaq istəyir, bunun üçün əlindən gələni edir. Amma biz onu yormayacağıq. Andrey Kramariç isə əzələsindən zədə alıb".
Qeyd edək ki, sabah keçiriləcək Xorvatiya - Türkiyə görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.