Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək.
"Azərsun Arena"dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.
F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.