UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo və İsrail yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.
Sportnet.az bu barədə qurumun mətbuat xidmətinə istinadən məlumat verir.
Kosovo və İsrail yığmaları arasında oyun oktyabrın 15-də Priştinada keçirilməli idi. UEFA-nın mətbuat xidməti tərəfindən “X” sosial şəbəkəsində yayımlanmış ismarışda oyunun yeni tarixinin daha sonra açıqlanacağı bildirilib.
Xatırladaq ki, bundan əvvəl İsrail və İsveçrə yığmaları arasında oktyabrın 12-də Təl-Əvivdə keçirilməli olan görüş noyabrın 15-nə təxirə salınmışdı.