AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda "Araz-Naxçıvan"da çıxış edən Tural Bayramlının şikayətinə baxıb.
Sportnet.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu "Səbail"dən təzminat tələbi və "dənizçilər"ə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.
Qeyd edək ki, "Səbail" yayda Tural Bayramlı ilə yollarını ayırıb.