Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Sportnet.az xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Baçka Topola” və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununu idarə edəcək.
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Əliyar Ağayev daha əvvəl II turda "Rakuv" (Polşa) - “Ştrum” (Avstriya) matçında əsas hakimin funksiyasını yerinə yetirib.