Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının şərq zonasının qrup mərhələsinin üçüncü turunda məğlub olub.
Sportnet.az xəbər verir ki, Tailand təmsilçisi doğma meydanda yer aldığı H qrupunun lideri “Melburn Siti”yə uduzub.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan R.Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hesabında 3 xal olan “Buriram Yunayted” qrupda üçüncü pillədə qərarlaşıb. Şeydayevin komandası daha əvvəl doğma meydanda Çinin "Çjetszyan" klubuna qalib gəlib (4:1), sonra isə Yaponiyada yerli “Vanfore Kofu”ya uduzub (0:1).