Rebekka Uelç İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, o, kişi komandaların oyununu idarə edək ilk qadın hakim olub.
Rebekka “Fulhem” – “Mançester Yunayted” qarşılaşmasında ədaləti qoruyub. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Uelç bunadək kişi komandaların Çempionşipdə bir, 1-ci liqada iki, 2-ci liqada isə bir görüşünü idarə edib.