"Qarabağ"ln baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Bayer"lə keçirilən oyunda zədələnən futbolçusu Andrey Lunyovun durumu haqda danışıb.
Sportnet.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, rusiyalı qapıçı dizindən çox ciddi zərbə alıb:
"Dizində ciddi ağrı var. Bəlkə də ağrı zədənin yeni olduğuna görədir. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Görək də. Ola bilər ki, sabah dəqiq məlumat verək".
Xatırladaq ki, dizindən zədə alan Lunyov oyunu davam etdirə bilməyib. O, 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.