Azərbaycanın FIFA referisi Rauf Cabarov təyinat alıb.
Sportnet.az xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Ona Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da Skopyedə reallaşacaq Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.