
"Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər".
Sportnet.az xəbər verir ki, bu sözləri İsveç millisinin kapitanı Viktor Lindelöf Avro-2024-üç seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında deyib.
"Mançester Yunayted"in müdafiəçisi sabahkı oyunu səbirsizliklə gözlədiyini bildirib: "Biz daha əvvəl bir neçə yaxşı komandaya qarşı oynamışıq. Düşünmürəm ki, azarkeş amili bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də oyunu səbrsizliklə gözləyirik".
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan - İsveç matçı saat 21:00-da başlayacaq.