"Zenit"in iki futbolçusu - Mateo Kassyerra və Aleksandr Yeroxin "Neftçi"yə qarşı keçiriləcək yoxlama matçını buraxmalı olacaq.
Sportnet.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sergey Semak Rusiyanın "Sport-ekpress" qəzetinə müsahibəsində deyib.
Həmin matç noyabrın 18-də Bakıda "Neftçi Arena"da keçiriləcək. Oyun yerli vaxtla saat 21:00-da başlancaq.
S.Semakın sözlərinə görə, hücumçu Kassyerra zədəli olduğundan Kolumbiya millisinin də dügərgəsinə yollana bilməyib. Yarımmüdafiəçi Aleksandr Yeroxin də zədəli olduğundan "Neftçi" ilə matçda iştirak edə bilməyəcək.