Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyətlə bitən Avropa çempionatının seçmə oyunundan sonra idman jurnalistlərinə qarşı qeyri-etik davranışa yol verib.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis xarici medianın da qatıldığı mətbuat konfransında azərbaycanlı həmkarlarımızı "axmaq" adlandıraraq, onlara qarşı hörmətsizcəsinə tədbir zalını tərk edib.