
Almaniya Bundesliqasında 12-ci turun 5 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, “Qarabağ”ın rəqibi “Bayer” qələbə seriyasına davam edib.
Leverkuzen klubu səfərdə “Verder”ə qalib gəlib. Xabi Alonsonun yetirmələri rəqib qapısına 3 cavabsız top vurublar. “Bayer” bütün turnirlərdə ardıcıl 13-cü dəfə meydanı üç xalla tərk edib. Leverkuzenlilər 2023/24 mövsümündə keçirdikləri 18 oyunda 17 qələbə qazanıb, bir dəfə heç-heçə oynayıblar.
Qeyd edək ki, “Bayer” 12 oyundan sonra 34 xalla Bundesliqada 1-ci pillədə qərarlaşıb.