Türkiyə Superliqasının “Ankaragücü” – “Rizəspor” matçında xoşagəlməz hadisə yaşanıb.
Sportnet.az xəbər verir ki, “Ankaragücü” klubunun prezidenti qarşılaşmanın hakimini yumruqlayıb.
Hadisə oyun başa çatdıqdan sonra baş verib. Faruk Koca ədalət təmsilçisi Halil Umut Melerə hücum edərək, onun sifətinə zərbə endirib. Yerə yıxılan hakim digər şəxslər tərəfindən də zərbələrə məruz qalıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.