Avropa Liqasının 1/16 və 1/8 final mərhələsində mübarizə aparacaq klubların heyətinin dəyəri açıqlanıb.
Sportnet.az xəbər verir ki, müvafiq siyahını Transfermarkt saytı tərtib edib. Onların sırasında tarixində ilk dəfə olaraq Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanan "Qarabağ" da var. Ağdam təmsilçisi heyətinin dəyərinə görə siyahıda sonuncu - 24-cü yeri tutur. Komandanın heyətinin ümumi qiyməti 13 milyon avro məbləğində dəyərləndirilir.
Qeyd edək ki, siyahı saytın transfer məsələləri üzrə ixsisaslasmış ekspertləri tərəfindən hazırlanıb. Siyahıda ilk pilləni isə İngiltərənin "Liverpul" klubu tutur - 877 milyon avro.
24 komandanın yer aldığı həmin siyahı
1. "Liverpul" (İngiltərə) - 877 milyon avro
2. "Bayer" (Almaniya) - 562 milyon avro
3. "Milan" (İtaliya) - 543 milyon avro
4. "Vest Hem" (İngiltərə) - 470 milyon avro
5. "Brayton" (İngiltərə) - 469 milyon avro
6. "Roma" (İtaliya) - 362 milyon avro
7. "Benfika" (Portuqaliya) - 359 milyon avro
8. "Atalanta" (İtaliya) - 324 milyon avro
9. "Renn" (Fransa) - 280 milyon avro
10. "Sportinq" (Portuqaliya) - 280 milyon avro
11. "Feyenoord" (Niderland) - 265 milyon avro
12. "Olimpik" (Fransa) - 248 milyon avro
13. "Qalatasaray" (Türkiyə) - 236 milyon avro
14. "Lans" (Fransa) - 212 milyon avro
15. "Villareal" (İspaniya) - 188 milyon avro
16. "Frayburq" (Almaniya) - 177 milyon avro
17. "Braqa" (Portuqaliya) - 126 milyon avro
18. "Şaxtyor" (Ukrayna) - 113 milyon avro
19. "Reyncers" (Şotlandiya) - 100 milyon avro
20. "Tuluza" (Fransa) - 79 milyon avro
21. "Yanq Boyz" (İsveçrə) - 58 milyon avro
22. "Sparta" (Praqa, Çexiya) - 44 milyon avro
23. "Slaviya" (Praqa, Çexiya) 43 milyon avro
24. "Qarabağ" (Azərbaycan) - 13 milyon avro
Əlavə edək ki, 1/16 finalın püşkatma bu gün atılacaq. Bu mərhələnin qalibi olacaq 8 komanda 1/8 finalda Avropa Liqasında qrup birinciləri olan klublara rəqib olacaq.