Türkiyənin "Ankaragücü" komandasının baş məşqçisi Emre Belözoğlu klub prezidentinin döydüyü hakim Halil Umut Melerin iddialarına cavab verib.
Sportnet.az xəbər verir ki, mütəxəssis hadisədən sonra ədalət təmsilçisindən üzr istədiyini deyib.
"Hadisəni eşidən kimi meydana çıxıb onu qucaqladım. Daha sonra üç dəfə üzr istədim. Bu görüntülər üzə çıxacaq. Ardınca ona zəng etdim, dincəldiyi üçün köməkçi hakimlə danışdım", - deyə Belözoğlu vurğulayıb.
O, həmin qarşılaşmada heç bir təxribata əl atmadığını da vurğulayıb: "Hər baş məşqçinin etdiyini təxribat kimi göstərmək düzgün deyil. Baş verənlərə görə çox üzgünəm. Açıqlamasına görə isə Halil Umut Melerdən incimişəm".