
“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər Bağırovun komandası gələn il yanvarın 5-də bir araya gələcək. Hazırlığın 1-ci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaqlar.
Yoxlama oyununda rəqib “Zirə” olacaq. Bildirilir ki, matçın başlama saatı və keçiriləcəyi məkanla bağlı məlumat veriləcək.
Ertəsi gün istirahət edəcək "Araz-Naxçıvan" yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək komanda yanvarın 18-dən etibarən Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”la oyuna hazırlaşacaq.